Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fanatlar Şmeyxelin üzünə lazer şüası saldılar - VİDEO - FOTO

Fanatlar Şmeyxelin üzünə lazer şüası saldılar - VİDEO - FOTO

Tarix: 8 Iyul 2021 15:02

Futbol üzrə Avropa çempionatının İngiltərə-Danimarka (2:1) oyunun 104-cü dəqiqəsində diqqət çəkən olay yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Telegraph Football"un "Twitter" səhifəsində qeyd olunur ki, Hari Keyn penalti zərbəsini vurmağa hazırlaşarkən "Uembli"də oyunu izləyən İngiltərə azarkeşləri danimarkalı qapıçı Kasper Şmeyxelin gözünü qamaşdırmaq üçün onun üzünə lazer şüası salıblar.

Şmeyxel 11 metrlik zərbəni dəf etsə də, Hari Keyn təkrar zərbə ilə topu tora qovuşdura bilib.

Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək. Final qarşılaşması iyulun 11-də "Uembli" stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Milli.Az


Etiketlər:  Fanatlar Şmeyxelin üzünə lazer şüası saldılar VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ