Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 12:57
Bakı. Trend:
Dünyanın ən çox nöqtəsinə uçan “Türk Hava Yolları” yaranmasının 85-ci ili münasibətilə yeni uniformalarını təqdim edir.
Müxtəlif iqlimlərdə uzaq məsafəli uçuşlarda ciddi sınaqlardan keçmiş qırmızı və boz rəngli yeni geyimlər sərnişinlərə rahat xidmət göstərmələri üçün 25 min kabinə heyətinə uyğunlaşdırılıb. Yeni zərif uniformanı ekipaj üzvləri, kabinə heyəti və yerdəki heyət geyinəcək.
Yeni uniformanın dizaynı türk mədəniyyətindən ilhamlanıb. Pilot kabinəsi və şəxsi heyətin geyimi eyni dizaynla hazırlanaraq, sərnişinlərə vahid marka təcrübəsini yaşadacaq.
“Türk Hava Yolları”nın standartlarına uyğun olaraq hazırlanmış yeni uniformanın dizaynı italyan dizayner Ettore Bilottaya, tikiliş “Vakko”ya, təqdim olunmuş parçalar isə “Altınyıldız”a məxsusdur.
Yeni uniformalarla bağlı verdiyi açıqlamada “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib ki, hava yollarının yüksək səviyyədə xidmətinə zəmanət verən ən vacib amillərdən biri də heyətin rahatlığı və zərifliyidir:” Əminəm ki, mədəniyyətimizi nümayiş etdirən yeni uniforma şirkətimizin heyətinin zərifliyini mükəmməl şəkildə vurğulayacaq."
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin