Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 kəndin yol problemi: Avtomobil Yolları Dövlət Agentliyi məsələyə aydınlıq gətirdi - VİDEO

7 kəndin yol problemi: Avtomobil Yolları Dövlət Agentliyi məsələyə aydınlıq gətirdi - VİDEO

Tarix: 9 Iyul 2021 11:20

Qubanın Tüləkəran və daha 6 kəndinin sakinləri yol problemindən əziyyət çəkirlər.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, şikayətçi sakinlərin sözlərinə görə, uzun illərdir istifadədə olan yol heç vaxt əsaslı təmir edilməyib. Yayda toz, qışda isə palçıq səbəbindən yolda hərəkət etmək mümkün olmur.

Sakinlər bildirir ki, yolun təmiri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Bununla belə müsbət nəticə əldə edə bilməyiblər.

Məsələ ilə bağlı Quba Rayon icra hakimiyyətindən bildirildi ki, sözugüdən yol Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğu üçün təmir işlərini də bu qurum görməlidir. Yolun nə zaman təmir ediləcəyi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirdi ki....

Lakin Anar Nəfəcli yolda təmir işlərinin nə zaman başlanacağını açıqlaya bilmədi. Hər hal da əsas odur yolun təmiri nəzərdə tutulub. Minə dözən min birə də dözər. Odur ki, sakinlərə bir qədər də səbr etmək düşür.


Etiketlər:  kəndin problemi Avtomobil Yolları Dövlət Agentliyi məsələyə aydınlıq gətirdi VİDEO


RƏYLƏR