Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Rusiya demarkasiya ilə bağlı bir sıra sənədi təsdiqlədi

Azərbaycan və Rusiya demarkasiya ilə bağlı bir sıra sənədi təsdiqlədi

Tarix: 9 Iyul 2021 11:28

6-9 iyul 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A.A. Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.

Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcək. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan Rusiya demarkasiya ilə bağlı bir sıra sənədi təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ