Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni iqtisadi rayonlar siyasi və iqtisadi cəhətdən yeni imkanlar yaradacaq - VİDEO

Yeni iqtisadi rayonlar siyasi və iqtisadi cəhətdən yeni imkanlar yaradacaq - VİDEO

Tarix: 9 Iyul 2021 15:32

Yeni iqtisadi rayonlar siyasi və iqtisadi cəhətdən yeni imkanlar yaradacaq. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu ərazilərin imkanlarından tam istifadəyə imkan verəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, regionların sosial-iqtisadi inkişafı işğaldan azad olunmuş ərazilərlə paralel olaraq təşkil ediləcək. Əsas məqsədlərdən biri Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonlarına investor cəlb etməkdir. Mütəxəssislər investorların bu bölgəyə böyük maraqlarının olduğunu deyirlər.

Millət vəkili Rüfət Quliyevin sözlərinə görə, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsinin və Şərqi Zəngəzur adının bərpa olunmasının da tarixi önəmi var. Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonununa daxil edilməsi ilə bu şəhərlər üçün də yeni inkişaf yolu başlayır.

Həmçinin 1921-ci ildə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ" ifadəsi və bölgüsü 100 il sonra Prezident İlham Əliyevin fərmanı ilə aradan qaldırıldı. Bununla da tarixi ədalətsizliyin üzərindən həmişəlik xətt çəkildi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Yeni iqtisadi rayonlar siyasi iqtisadi cəhətdən yeni imkanlar yaradacaq VİDEO


RƏYLƏR