Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 11:26
Rusiyanın 3 sualtı atom qayığının Baltik dənizinə daxil olması və NATO-nun Qara dənizdə təlimləri III Dünya müharibəsi riskini yaradır.
Sonxeber.net axar.az-a isitnadən xəbər verir ki, bu barədə Britaniya nəşri "San" yazır.
"Üçüncü Dünya müharibəsindən ehtiyatlanmaq lazımdır. Axı, Rusiyanın sualtı atom qayıqları Baltikdə görünüb, amerikan desant gəmiləri isə Qara dənizdə", - deyə məqalədə bildirilib.
Qeyd edilib ki, Rusiyanın 3 atom sualtı qayığının eyni anda Baltikdə görünməsi ilk dəfədir və bu, güc nümayişidir.