Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 16:50
Bakıda üç nəfər dənizdə boğulub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.
Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərləri 1995-ci il təvəllüdlü Asim Əliyev, 1995-ci il təvəllüdlü Nuranə Məmmədovadır.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.