Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 16:25
"Miss Turkey 2018" gözəllik yarışmasının ikincisi seçilən Tara de Vries müsabiqə sayəsində "seçici susqunluq" xəstəliyinə qalib gəldiyini deyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, hazırda "Kanal D"də aparıcı kimi çalışan Tara aktrisalıq dərsləri də alıb.
Maqazin verilişinə aparıcılıq edən model "Enerjiliyəm, bunu insanlara ötürməyə çalışıram. Ayaqlarını yerə sağlam basa bilən hər kəs xoşbəxtdir. Uşaqlıqda susqunluq deyə bir xəstəliyim var idi. Həkimlər "seçici susqunluq" deyirdi. Uşaqlarda bu hal çox olurmuş. "Miss Turkey" ilə bu xəstəliyə qalib gəldim. "Miss Universe"yə getdim tamamilə xəstəliyim aradan qalxdı. İndi aparıcılıq fəaliyyətimdə fikir verirəm ki, heç bir izi qalmayıb" sözlərini əlavə edib.