Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 22:58
Hazırda Rusiya sülhməramlı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhəri, eləcə də Zabux, Sus, Qarıkaha, Ağanus kəndlərindən yan ötəcək yeni "dəhliz" yolunun inşasına başlanılıb.
Sonxeber.net moderator.az-a istinadın xəbər verir ki, bu haqda "Facebook" şəbəkəsindəki video-paylaşımında Laçın rayonu İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov danışıb. O, bildirib ki, həmin yol Laçın rayonunun Qayğı qəsəbəsi ərazisindən çəkilir. Sabiq başçı yolun bu qəsəbədən keçən hissəsinin görüntülərini təqdim edib.
Bu günlərdə Ramiz Cəbrayılov müvafiq qurumların icazəsi ilə Laçın rayonunun bir sıra kəndlərini, eləcə də Rusiya hərbçilərinin məsuliyyət zonasındakı Ağanus kəndinin bir hissəsini ziyarət edə bilib, oradakı məşhur Turşsu bulağından su içib.
Qeyd edək ki, sözügedən yeni "Laçın dəhlizi" yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri- Qayğı qəsəbəsi- Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla maksimum 3 il ərzində çəkilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı xalqa müraciətində söüzügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.