Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur serialın ulduzundan ÜZÜCÜ XƏBƏR

Məşhur serialın ulduzundan ÜZÜCÜ XƏBƏR

Tarix: 12 Iyul 2021 19:20

"Klon" serialının ulduzu Lusiano Şafir ikinci dəfə COVID-19-a yoluxduğundan xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, 52 yaşlı aktyor iki həftədən çoxdur komadadır. Yalnız bir gün əvvəl öz-özünə nəfəs almağa başlayıb. Özünə gələn aktyor reanimasiya şöbəsindədir.

Serial ulduzunun Rio-de-Janeyrodakı ən yaxşı klinikalardan birində müalicə olunduğu bildirilir.

Yalnız bir neçə gün əvvəl məşhur televiziya serialındakı Zane rolunun ifaçısı bir hematom və kolonun bir hissəsinin çıxarılması əməliyyatı keçirib.

Mənbələr mətbuata verdiyi açıqlama zamanı cərrahların müdaxiləsinin lazım olduğunu söyləyib. Məsələ burasındadır ki, aktyor ikinci dəfə yoluxduğu koronavirus fonunda yaranmış fəsadlar üzündən problem yaşayırdı.

Milli.Az


Etiketlər:  Məşhur serialın ulduzundan ÜZÜCÜ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ