Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 08:08
Gürcüstan patrul polisi hakim "Gürcü Arzusu" partiyasının ofisinin qarşısında inzibati qayda pozuntularına görə 12 nümayişçini saxlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edən jurnalistlər, müxalifətçilər və onların tərəfdarları əvvəlcə Gürcüstan parlamentinin qarşısına, daha sonra isə sonra hakim partiyanın ofisinin qarşısına toplaşıblar və burada binaya yumurta atıblar.
"Etirazçılar sərbəst toplaşmaq və ifadə azadlığı haqqında qanunun icazə verdiyi həddi aşıblar. Hazırkı mərhələdə polis inzibati qayda pozuntularına görə 12 nəfəri saxlayıb. Mitinqin təşkilatçılarına bir daha xəbərdarlıq edirik ki, şiddətə əl atılmasın və qanuni normalardan kənara çıxılmasın. Əks təqdirdə polis qanuna uyğun hərəkət edəcək", - polisin məlumatında belə deyilir.
Qeyd edək ki, "Gürcü Arzusu" partiyasının ofisi yaxınlığında keçirilən aksiya başa çatıb.