Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktyorun xanımı keyfiyyətsiz narkotikə görə çəkiliş meydanında huşunu itiribmiş - FOTO

Aktyorun xanımı keyfiyyətsiz narkotikə görə çəkiliş meydanında huşunu itiribmiş - FOTO

Tarix: 13 Iyul 2021 09:25

Hollivud aktyoru Uill Smitin həyat yoldaşı Jada Pinkett-Smit keyfiyyətsiz ekstaz partiyasına görə "The Nutty Professor"un (1996) çəkiliş meydanında huşunu itirdiyini etiraf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "Red Table Talk" proqramında etiraf edib.

O, uzun illər spirtli içki və narkotik aludəçiliyindən əziyyət çəkdiyini açıqlayıb.

Pinkett-Smitin sözlərinə görə gənc yaşlarından alkoqol içməyə başlayıb və sonralar təsiri yetərli olmadıqda, dərmanlarla qarışdırmağa başlayıb.

"Məktəbdə çox içirdim, buraya gələndə ekstazi, alkoqol, marixuanadan kokteyl hazırlamağa başladım", - deyə Pinkett Smit vurğulayıb.

Karyerasına baha başa gələcək vəziyyətin ciddiliyini dərk etməsinə isə bir hadisə kömək edib.

"Bir hadisə baş verdi və bu, mənim gözlərimi açdı. "The Nutty Professor"un çəkiliş meydançasında mən özümdən getdim. İşə hallı vəziyyətdə getmişdim. Soyunma otağının qoşqusunda mən "söndüm". Keyfiyyətsiz ekstaz partiyasından istifadə etmişdim. Yoldaşlarıma isə köhnə dərman içdiyimə görə belə olduğumu dedim. Sonra mən bütün gücümü topladım və çəkilişləri bitirdim", - deyə aktrisa xatırlayıb.

Onun sözlərinə görə, bu  hadisə onun artıq dibdə olduğunu göstərən bir növ siqnal olub. Aktrisa o vaxtdan bəri heç bir qadağan olunmuş maddə istifadə etmədiyini etiraf edib.

Milli.Az


Etiketlər:  Aktyorun xanımı keyfiyyətsiz narkotikə görə çəkiliş meydanında huşunu itiribmiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ