Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgili olduqlarını bu dəfə inkar edə bilmədilər

Sevgili olduqlarını bu dəfə inkar edə bilmədilər

Tarix: 13 Iyul 2021 14:50

Uzun müddətdir müğənni Adel və reper Skepta-nın eşq yaşadığı iddia edilir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük jurnalistlərin bunla bağlı suallarını dəfələrlə inkar edib. 33 yaşlı müğənni tək olduğunu, həyatını özünə və sənətinə həsr etdiyini açıqlayıb.

Cütlük bu dəfə paparassilərdən qaça bilməyib. Onlar Kaliforniyada alış-verişdə olarkən görüntüləniblər. Müğənni və reper "Prada" mağazasına girərək geyim seçib. Satıcı media nümayəndələrinə açıqlamasında bildirib ki, Adel Skeptaya geyim seçməkdə yardım edib.

"O, oturmuşdu və reperin geyindiklərinə fikir bildirirdi. Adel Skeptanın seçdiyi köynək, palto və şalvara təriflər yağdırırdı. Onlar mağazada 45 dəqiqə vaxt keçirdilər" deyə, mənbə bildirib.


Etiketlər:  Sevgili olduqlarını dəfə inkar edə bilmədilər


RƏYLƏR