Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 09:36
2020 Olimpiadasının iyulun 23-də başlayacağı Tokio polisi, narkotik istifadə şübhəsiylə dörd əcnəbini həbs edib.
Sonxeber.net-ın lent.az-a istinadla verdiyi xəbərə görə, onlardan ikisi ABŞ, ikisi Böyük Britaniya vətəndaşlarıdır. Söhbət idmançı olmayanlardan gedir.
Dördü də Olimpiya məkanlarında istifadə olunan və texniki heyət olaraq Yaponiyaya daxil olan sənaye generatoru xidmət şirkətinin işçiləridir.
Onlardan biri güclü alkoqollu sərxoş vəziyyətdə bir yaşayış binasının ərazisinə daxil olarkən tutulub.
Məlum olub ki, bu adam üç dostu ilə birlikdə Tokiodakı barların birində içki içib. Dördü də kokain olduğunu göstərən testlərdən keçiriliblər.
Dördü də günahlarını rədd etdikləri halda, narkotik nəzarət qanunlarını pozduqları üçün həbs olunub.