Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-də 1-ci təsnifat mərhələsinə yekun vuruldu

ÇL-də 1-ci təsnifat mərhələsinə yekun vuruldu

Tarix: 15 Iyul 2021 07:44

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə 4 görüş keçirilib.

Turnirdəki təmsilçimiz "Neftçi" Bakıda Tbilisi "Dinamo"sunu qəbul edib. Səfərdəki matçda 2:1 hesabı ilə qalib gələn "ağ-qaralar" bu dəfə də eyni hesabla rəqibini üstələyib və mərhələni adlayıb.

Azərbaycanlı azarkeşlər üçün maraqlı qarşılaşmalardan biri də Polşada olub. Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Səfərdə keçirilən ilk görüşdə Emreli dubl edərək komandasının 3:2 hesablı qələbəsində böyük pay sahibi olmuşdu. Bu dəfə isə 2:0 hesablı qələbə qazanan "Legiya"nın ilk qolunun ötürməsini Mahir verib.



14 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunları

18:00. "Kayrat" (Qazaxıstan) - "Makkabi" (Hayfa, İsrail) - 2:0
Qollar:
 Love, 10, Abiken, 66
İlk oyun - 1:1

19:00. "Alaşkert" (Ermənistan) - "Konnas-Ki Nomads" (Uels) - 1:0
Qol:
 Bezekaurt, 113
İlk oyun - 2:2

21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) - 2:1
Qollar:
 Milan Radin, 52 (0:1), Emin Mahmudov, 58-pen (1:1), Namik Ələskərov, 68 (2:1)
İlk oyun - 2:1

22:00. "Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç) - 2:0
Qollar:
 Luquinas, 40, Pekhart, 90+5
İlk oyun - 3:2


13 iyul
 

"Hibernians" (Malta) - "Flora" (Estoniya) - 0:3
İlk oyun - 0:2

"Linkoln" (Cəbəllütariq) - "Fola" (Lüksemburq) - 5:0
İlk oyun - 2:2

"Riqa" (Latviya) - "Malmö" (İsveç) - 1:1
İlk oyun - 0:1

"Şerif" (Moldova) - "Teuta" (Albaniya) - 1:0
İlk oyun - 4:0

"Borats" (Bosniya və Herseqovina) - ÇFR (Rumıniya) - 2:1
İlk oyun - 1:3

"Priştina" (Kosovo) - "Ferentsvaroş" (Macarıstan) - 1:3
İlk oyun - 0:3

"Mura" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) - 5:0
İlk oyun - 1:0

"Buduçnost" (Monteneqro) - HİK (Finlandiya) - 0:4
İlk oyun - 1:3

Linfild (İrlandiya) - Jalgiris (Latviya) 1:2
İlk oyun - 1:3

"Şemrok Rovers" (İrlandiya) - "Slovan" (Slovakiya) - 2:1
İlk oyun - 0:2

"Şaxtyor" (Belarus) - "Ludoqorets" (Bolqarıstan) - 0:1
İlk oyun - 0:1

"Valyur" (İslandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
İlk oyun - 2:3

Milli.Az


Etiketlər:  təsnifat mərhələsinə yekun vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ