Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 21:52
ABŞ prezidentinin administrasiyası iqtisadiyyatdakı rəqabəti yüksəltməyə təşviq edəcək göstərişi təqdim edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Joe Biden həmin göstərişi 9 iyul tarixində imzalayıb. Sözügedən göstərişdə kənd təsərrüfatını, səhiyyə sahəsini, bankları və texnoloji şirkətləri əhatə edən 70 təşəbbüs mövcuddur. ABŞ hökumətinin fikrincə həmin təşəbbüslər qiymətlərin aşağı düşməsinə, işçilərin maaşlarının yüksəlməsinə səbəb olacaq və innovasiyaların ortaya çıxması ilə iqtisadi artımın yüksəlməsinə gətirib çıxaracaqlar. Hazırlanmış sənəd həmçinin İT şirkətlər tərəfindən istifadə olunan qeyri-rəqabətçil praktikaların məhdudlaşdırılmasını da nəzərdə tutur. Məlumata əsasən sənəddəki bu hissə Google, Amazon, Facebook və Apple şirkətlərinə qarşı yönləndirilib. Göstərişə əsasən aşağıdakı öhdəliklər yerinə yetirilməlidir:
- Şirkətlərin birləşmələri və ya bir şirkətin digərini alması üzrə olan müqavilələr üzərində nəzarət gücləndirilməlidir. Bazarda üstünlüyə sahib platformalardan və mümkün rəqiblərin alınmasından söhbət getdikdə bu nəzarət daha güclü olmalıdır. Sənəddə qeyd olunub ki, son 10 il ərzində böyük texnoloji şirkətlər yarana biləcək təhlükəni aradan qaldırmaq üçün öz rəqbilərini alıblar.
- Özəl məlumatların yığılması və onlara nəzarət olunması məsələsində yeni qaydalar irəli sürülməlidir. Belə ki, şirkətlər istifadəçilərdən olduqca çox məlumat yığırlar. Bəzi şirkətlərin biznes modelləri isə məhz məlumatların yığılmasından asılıdırlar
- Vicdansız rəqabət prosesini məhdudlaşdıracaq qaydalar təyin olunmalıdır. Sənədə əsasən böyük platformalar bazarda üstünlüklərə sahibdirlər. Məsələn onlar kiçik mağazalardan məlumatarı yığa və onları öz mənfəətlərində istifadə edə bilərlər. Bununla yanaşı onlar yığılmış məlumatlardan istifadə edərək öz məhsullarını və ya servislərini irəli çəkə bilərlər
- Elektron məhsulların istehsalçılarının öz məhsullarının kənar yerlərdə təmir olunmasını qadağan etmələrinin qarşısını almaq üçün qanun yaradılmalıdır. Hal hazırda şirkətlər öz məhsullarının kənar yerlərdə təmir olunmalarını məhdudlaşdırırlar. Bu isə öz növbəsində təmir prosesinin qiymətini qaldırır və təmir üçün lazım olan komponentlərin yayılmasının qarşısını alır.