Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzafi buna görə mənə 20 milyard təklif etdi - Nazarbayev

Qəzzafi buna görə mənə 20 milyard təklif etdi - Nazarbayev

Tarix: 17 Iyul 2021 09:40

Fələstin lideri Yasir Ərəfat Liviya başçısı Müəmmər Qəzzafinin adından Qazaxıstana SSRİ-nin dağılmasından sonra sovet nüvə silahını əlində saxlaması üçün 20 milyard dollar təklif etmişdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti, Elbaşı Nursultan Nazarbayev amerikalı rejissor Oliver Stounun "Qazax: qızl insanın tarixi" filmində deyib.

"Biz dünyada nüvə arsenalına görə dördüncü yerdəydik. Mənim yanıma Marqaret Tetçer (1979-1990-cı illərdə Britaniyanın Baş naziri), Ceyms Beyker (1989-1992-ci illərdə ABŞ-ın Dövlət katibi) gəlirdi. Məndən soruşurdular ki, raketlərin axırı nə olacaq, onlarla nə edəcəksiniz?" - Nazarbayev bildirib.

Nazarbayevin sözlərinə görə, indiki Prezident Qasım Jomart Tokayev 1994-1999-cu illərdə ölkənin xarici işlər naziri olarkən islam ölkələrindən məktublar alırdı. Məktublarda deyilirdi ki, Qazaxıstan nüvə silahına sahib ola biləcək yeganə türk-müsəlman ölkəsi ola bilər və bunu qoruyub saxlamalıdır:

"Bundan sonra Fələstin Administrasiyasının rəhbəri Yasir Ərəfat Qazaxıstana gəldi. Onu Liviya lideri Müəmmər Qəzzafi nüvə silahı ilə bağlı vəziyyəti öyrənmək üçün göndərmişdi. Sözsüz ki, mənim bu raketləri satmaq fikrim yox idi. Mən sadəcə dedim: "Onları saxlamaq çox bahadır. Qazaxıstan bunu edə bilməz". O isə soruşdu ki, nə qədər pul lazımdır? Zarafatca dedim ki, 20 milyard dollar. Amma o ciddi qəbul etdi və dedi ki, mən çatdıracam və pullar sizin olacaq".

Nazarbayev Stouna bu pulları qəbul etmədiyini deyib.

Milli.Az


Etiketlər:  Qəzzafi buna görə mənə 20 milyard təklif etdi Nazarbayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ