Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 05:00
Göz torbaları aradan qaldırmaq üçün effektiv üsullar
Bildiyimiz kimi göz ətrafındakı dəri həssas və zərif olur. Buna görə də göz altı torbalar insanı yorğun və qeyri-sağlam göstərir.
Sonxeber.net lent.az-a istinadla sizə göz altı torbalarını aradan qaldırmaq üçün effektiv üsulları sizə təqdim edir.
Bol-bol su için
Göz altındakı duz konsentrasiyası səbəbindən burda suyun yığılması baş verir. Bu da torbaların yaranmasına səbəb olur. Buna görə də çalışın duzlu yeməklərdən çəkinin. Qəhvə və spirtli içkilərdən uzaq durun.
Soyuq kompreslər edin
Qaşıqları buzlu suda isladıb, daha sonra torbaların üzərinə qoymaq asan və keyfiyyətli üsullardan biridir. Çünki soyuq torbaları yığır. Başqa bir üsul pambığı soyuq su və ya südlə isladaraq torbaların üstündə 15-20 dəqiqə saxlamaqdır.
Təbii vasitələrdən maskalar hazırlayın
Yumurtanın ağını göz altlarına tətbiq edin və 15 dəqiqə sonra soyuq su ilə yuyun. Bu zaman göz altındakı torbalar yığılacaq və dəri dartılacaq.
Bu problemi aradan qaldırmaq üçün ikinci təbii vasitə isə aloe bitkisinin gelidir. Bu geli göz ətrafına yavaşca yeridin. O qırışları hamarlaşdıracaq. Bu həmçinin üzünüzün nəmləndirmək üçün də effektiv üsuldur.
Bunlardan əlavə, yaşıl çay, kartof və xiyar dilimi də göz altı torbalarla mübarizə aparmağa kömək edir.
Yuxusuz qalmayın
Gözaltı torbaları aradan qaldırmaq üçün yuxu rejiminə mütləq fikir vermək lazımdır. Bunun üçün 8-9 saat yatmaq şərtdir.