Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 10:10
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl oğluna nişan edib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan sənətçi, ilk dəfə bu haqda danışıb. Nadir oğlu Loğmanın 4 ildir sevdiyi xanımla nişanlandığını bildirib:
"Nişan kimi böyük elçilik oldu. Bu tamam başqa hisslərdir. Sadəcə yaşayanlar bilər. Həmişə toylarda olanda valideynlər deyirdilər ki "Həyəcanlıyıq Nadir bəy". Mən onları indi başa düşürəm. Telefon nömrəmi gəlinimə verib dedim ki, qızım əgər bir istəyin olsa oğluma demə, məndən istə... Hələ mən varam. Oğlumla gəlinim bir yerdə işləyiblər. Orada tanış olub, bir-birlərini seviblər. Oğlum bizə heç nə demirdi, gizlədirdi, deyirdi ki "Evlənməyəcəm". Gəlinimin anası gürcüstanlı, atası isə naxçıvanlıdır. 1 ildir atası vəfat edib. Əsl istədiyimiz kimi, ziyalı ailəsidir".
Qeyd edək ki, cütlüyün toyu məhərrəmlikdən sonra olacaq.