Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 14:38
Uruqvaylı futbolçu Uilyams Martines 39 yaşında ölüb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, cənubi amerikalı intihar edib.
İkinci liqada çıxış edən "Vilya-Teras"ın oyunçusu özünü qətlə yetirib. Martines bunadək Uruqvay, Argentina, Venesuela, Çili, Paraqvay, İspaniya, Fransa klublarında çıxış edib. O, həmçinin "Vest Bromviç" klubunda oynayıb. Martines Uruqvay yığmasında 1 oyun keçirib.
Qeyd edək ki, bununla əlaqədar Uruqvay çempionatının XI turunun matçları təxirə salınıb.