Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 08:30
Xalq artisti Emin Ağalarov rusiyalı model Alyona Qavrilovadan ayrılma səbəbini açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, "Ostorojno: Sobçak" şousuna müsahibəsində bildirib.
41 yaşlı Eminin sözlərinə görə, ailənin dağılmasında günahkar, ilk növbədə, özüdür:
"İnsanların həll edə bilmədiyi fikir ayrılıqları yaranır. Hərdən bəzi kardinal anlar olur. Alyona məni razı salmağa çalışdı, bu onda alınırdı, amma problem, çox güman, məndə, mənim həyat tərzimdə, dünya görüşümdə idi. Hər şey mən istədiyim kimi olmalıdır. Kənardan, ola bilsin, elə görünür ki, mənimlə yola getmək asandır. Əslində, bu belə deyil. İstənilən qadın üçün mənimlə asan olmayacaq."
Emin onun asan olmayan xasiyyətinə anlayışla yanaşacaq həyat yoldaşı tapmaq arzusunda olduğunu gizlətmir.
"Mən hər şeyi başa düşürəm, amma hələ məndə kompromisli insan kostyumunu geyinmək alınmır. Bu istiqamətdə işləməyə başlamışam. Beynimdə eşələnməyə başladım, psixoloqla bir neçə sessiya keçirdim. Mən çox qısqancam. Əgər mənim qısqanclığım tutsa, ətrafda hər şey dağıla bilər. Psixoloq məni özümün cavab tapa biləcəyi yerə yönləndirir", - o deyib.
Qeyd edək ki, Eminin Alyonadan Afina adlı qız övladı var.