Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb, elə şey olar?''

''Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb, elə şey olar?''

Tarix: 20 Iyul 2021 14:30

Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqda dedikləri cavabsız qalmayıb.

Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə axşam.az-a açıqlama verərək aktrisanın dediklərinə cavab verib. Səbinə bildirib ki, Pərvinin dedikləri gerçək deyil:

"İlk əvvəl onu demək istəyirəm ki, ölmüş insanın arxasınca danışmaq, onunla gündəmə gəlmək nə dərəcədə düzgündür? Şahinlə neçə il evli olmuşuq. Pərvin həm Şahinin dostu, həm də mənim rəfiqəm olub. Şahinin ilk evliliyindən bir qızı, mənimlə nikahından oğlu var. Ölmüş insanla reklam etmək düzgün deyil. Bu adam subay olmayıb ki, arxasınca bu cür danışır. Şahin sevdiyi insanla ailə həyatı qurdu. Çox söz deyərdim, amma lazım bilmirəm. Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb. Elə şey olar?".

Səbinə Pərvinin "Ölsəm bağışla" şeirini mənə yazmışdı" sözlərinə isə "Həmin şeir heç vaxt ona hitab edilməyib. Biz Şahinlə həm yaxşı, həm pis gündə bir yerdə olduq" reaksiyasını verib.

S.Zəkizadə bildirib ki, Şahin xəstəxanada olanda Pərvin cəmi bir dəfə ona baş çəkib:

"Şahin 2017-ci ildə dünyasını dəyişdi. Niyə durub 4 il sonra açıqlama verir? Onun sözündən belə çıxır ki, bütün kişilər bunun üçün ölür, amma o, heç kimi sevmir. Şahin xəstəxanaya düşəndə bircə dəfə Kənan M.M.-lə gəldilər. Bir də dünyasını dəyişəndə, başqa gəlməyib".

"Səbinə Pərvinin "Onları mən tanış etmişəm" sözlərinə əsəbiləşib:

Şahinlə bu aləmdən tanış idik. Serial çəkirdi, Pərvini çağırmışdı. "oğurlanmış arzular" serialında Pərvinlə bir idik. Sonra Pərvin dedi ki, Şahin film çəkir, sən də gəl. Belə olub. Bizi tanış etməyib".

Hazırda Türkiyədə yaşayan Səbinə Azərbaycandan köçməsinin səbəbini açıqlayıb:

"Şahin dünyasını dəyişəndən sonra Bakıdan köçdüm ki, söz-söhbətlərdən uzaq olum. Övladımla rahat yaşayıram. Seyid Əli 6 yaşındadır, məktəbə hazırlaşır. Vətəndən getdim ki, kimsənin gözünə girməyim. Deməsinlər, filankəsin yoldaşı belə etdi.

Buradan proqramlara da səslənirəm ki, Şahin Zəkizadə adından istifadə etməsinlər. Pərvinə suallar verilib, o da cavab verməyə bilərdi. 500 manata görə nə ilə efirdə reklam qazanırlar. Proqramdakıları günahlandırıram, buraxın insan rahat yatsın. Şahinin adını kimdəsə eşitsəm, başqa cür cavab alacaqlar. Şeirlərini də istifadə etmələrinə qadağa qoyuram".

Qeyd edək ki, Pərvin Abıyeva Şahin Zəkizadə haqda "Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm bağışla" şeirini mənə həsr etmişdi" sözlərini deyib.


Etiketlər:  Pərvinin sözündən belə çıxır Şahin sevib məni alıb elə şey olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ