Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 05:00
Bir çox insan yuxusu olduğu halda yata bilməməkdən şikayətlənir. Lakin bəzi üsullardan istifadə edərək yuxuya getmək mümkündür.
Sonxeber.net axşam.az-a istinadən daha tez yuxuya getmək üçün etməli olduğunuz bir neçə üsulu təqdim edir.
1) Corab geyinmək
Corab geyinmək bədəninizi isti saxlayacaq. Bütün bədəni dolaşan isti qan sürətli yuxuya getməyinizə yardımçı olacaq.
2) Ayaq barmaqlarını masaj edin
Ayaq barmaqlarınızı əyməyə, masaj edərək yumşaltmağa çalışın. Bu zaman hiss etdiyiniz rahatlıq bədəninizə yayılacaq və sizə yuxu gətirəcək.
3) Oyaq qalmağa çalışın
Aparılan araşdırmalara görə, beyninizə yatmaq istəmədiyinizi söyləməklə, tam əksi yuxuya gedə bilərsiniz. Buna tərs psixologiya deyilir. Uzanın və yatmaq istəmədiyinizə beyninizi inandırın. Gözlərinizin nə zaman bağlandığının fərqində olmayacaqsınız.
4) Gün ərzində etdiklərinizi düşünün
Nə yediyinizi, işə nə vaxt çatdığınızı, kimlərlə danışdığınızı düşünün. Bu zehninizi rahatladacaq və sizə dərin yuxuya getməkdə kömək edəcək.
5) Nəfəsinizi sayın
4-7-8 nəfəs üsulundan istifadə edin. 4 saniyə nəfəs alın və nəfəsinizi 7 saniyə saxlayın, daha sonra 8 saniyə ərzində nəfəsinizi verin. Bunu bir neçə dəfə etməyə çalışın.
6) Üzünüzü soyuq su ilə yuyun
Yatmazdan əvvəl üzünüzü soyuq su ilə yuyunmağa çalışın. Bu ürək döyüntüsünü və qan təzyiqini azaldacaq.
7) Ayaqlarınızın arasına balış qoyun
Əgər arxası üstə yatırsınızsa, dizlərinizin altına balış qoyun. Bu, onurğanızdakı stressi azaldacaq. Yan tərəfə uzandıqda isə balışı ayaqlarınızın arasına qoyun bu belinizi daha düz qalmasına kömək edəcək. Bu zaman daha rahat yuxuya gedə biləcəksiniz.