Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi" Levandovski ilə danışıq aparır

Tarix: 21 Iyul 2021 17:50

"Bavariya"nın futbolçusu Robert Levandovski "Çelsi"yə keçə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

"Zadəganlar"ın polşalı hücumçunun agenti Pini Zaxavi ilə danışıq apardığı bildirilir. Levandovski üçün "Çelsi"nin edəcəyi təklifin maraqlı olduğu qeyd olunub. Forvard bundan əvvəlki açıqlamasında təkliflərə açıq olduğunu demişdi.

Qeyd edək ki, Levandovskinin Münhen klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.

Milli.Az


Etiketlər:  Çelsi Levandovski ilə danışıq aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ