Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yadigar''ın sahibi cəzalandırıldı

''Yadigar''ın sahibi cəzalandırıldı

Tarix: 22 Iyul 2021 19:08

Tərtər rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bu barədə Sonxeber.net-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan ("icaze.e-gov.az") rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.


Etiketlər:  Yadigarın sahibi cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ