Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Tacikistana 40 min doza “AstraZanesa” vaksini göndərib

Azərbaycan Tacikistana 40 min doza “AstraZanesa” vaksini göndərib

Tarix: 22 Iyul 2021 21:14

Azərbaycan Tacikistana humanitar yardım kimi COVID-19-a qarşı 40 min doza "AstraZanesa" vaksini göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Düşənbə hava limanında vaksinin Tacikistan tərəfinə təhvil verilməsi mərasimində bu ölkədəki səfirliyimizin müşaviri Vüqar İbrahimov, nazirliyin idarə rəisi Novruz Cəfərov və digər rəsmi şəxslər iştirak edib. Bildirilib ki, istifadə olunana qədər vaksinlər nazirliyin xüsusi anbarında saxlanacaq.

Bu ilin mart ayından COVAX proqramı çərçivəsində Tacikistana 192 min doza "AstraZanesa" vaksini gətirilib.

İyunun sonunda isə Çindən humanitar yardım kimi 300 min doza "CoronaVac" vaksini göndərilib.

Hazırda Asiya İnkişaf Bankının qrantı ilə Çindən 3 milyon doza "CoronaVac" vaksininin alınması istiqamətində iş aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycan Tacikistana 40 min doza AstraZanesa vaksini göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ