Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2021 11:50
Tokioda keçirilən Yay Olimpiya Oyunlarında başqa ölkələrinin bayrağı altında çıxış edən daha iki soydaşımız var.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunlar azərbaycanlı Cessika və Cennifer Qədirovadır. Əkiz bacıların 16 yaşı var. Onlar gimnatstika yarışlarında lisenziya qazanaraq Böyük Britaniyanı planetin birnömrəli idman yarışında təmsil etmək hüququ əldə ediblər. Cessika bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.
Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar. "İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi".
Əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada orada oturum izni ilə yaşayırlar.