Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2021 15:25
Müğənni Niyam Salami şadlıq evlərindəki yemək sayının azaldılmalı olduğunu deyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə müğənni "Salami şou"da danışıb. O, toydan sonra ailə quran cütlüklərin çətinlik çəkidiyini deyib:
"Toyda az yemək vermək lazımdır. Dörd cür məzə, 3 növ isti yemək olmalıdır. Toya pul salan insanlar bəyə təməli üçün kömək edirlər. Məclisin sonunda pulların hamısın sayıb verirsən şadlıq evinə və deyirsən ki, "Çox sağ ol. Mən getdim acından ölməyə. Bəy gəlin əl-ələ tutur gedir, dərd bürüyür onu ki, sabah saçımın pulunu necə verəcəm. Çox ayıbdır. Əl tutmaq budur".