Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2021 20:18
Tibbi araşdırmalar göstərib ki, pomidor, qırmızı şərab, qarağat, moruq, tünd şokolad, sarıkök, qəhvə və yaşıl çay xərçəng hüceyrələri ilə mübarizə aparmağa kömək edən ən səmərəli məhsullardır.
Bu faydalı məhsullar xərçəng hüceyrələrini qidalandırmır, əksinə şişlərin inkişafına mane olur. Bundan əlavə, ekspertlər hesab edirlər ki, bu məhsullar kimyəvi terapiya müalicə üsulundan daha effektivdir.
Angiogenez - bədəndə yeni qan damarlarının yaranma prosesidir. Bu proses hələ yeni doğulan uşaqlarda başlayır və sonralar yalnız yaralarda kapilyar və toxumaları bərpa edir. Angiogenez prosesi aktivatorlar və inhibitorlar tərəfindən tənzimlənir. Çox hallarda inhibitorlar daha vacibdir, amma angiogenez aktivatorları yeni qan damarlarını meydana gətirmək və damar hüceyrələrinin böyüməsini stimullaşdırmaq üçün zəruri olur.
Xərçəng hüceyrələrini bəsləyici maddələrlə təmin etmək və bütün orqanizmə qan vasitəsilə yayılması üçün əlavə qan damarlarına ehtiyacı var.
Publika.az xəbər verir ki, bu 7 məhsul şiş hüceyrələrinin böyüməsinə mane olur, çünki onların antiangiogenez xüsusiyyətləri var.
Alimlər güman edirlər ki, xərçəngin yaranmasının qarşısını almağın ən yaxşı üsulu adlarını çəkdiyimiz 7 məhsuldan istifadə etməkdir.
1. Pomidor
Pomidor angiogeneza prosesini dayandırmağa kömək edən ən güclü məhsullardan biridir. Harvard universitetinin apardığı tədqiqatda məlum olub ki, bir ayda 4 dəfədən çox pomidor və tomat sousu istifadə edən insanlarda prostat xərçənginin riski 50%-ə qədər aşağı düşür.
Bunun izahı var: Pomidor likopenlə zəngin mənbədir. Bu maddə yağda həll olunur və beləliklə, həzm yolu vasitəsilə sorulur. Ən əsası likopin C vitaminindən fərqli olaraq yüksək temperaturda işlənəndə və ya yağla hazırlananda artır.
2. Qırmızı şərab
Qırmızı şərabda qeyri-adi və möcüzəli maddə var: resveratrol. Bu heyrətamiz antioksidantı üzüm qabıqlarında tapmaq olar. Bir çox digər faydalı xassələri ilə yanaşı, o, həmçinin, ürək xəstəlikləri riskini azaldır və ömrü uzadır.
Çoxsaylı tədqiqatlar təsdiq edir ki, resveratrol bakteriyaları, virusları və göbələkləri öldürür, heyvanların ömrünü uzadır, enerjini artırır, qlükoza balansını yaxşılaşdırır, təhlükəli sərbəst radikalları aradan qaldırır, nüvə şüalanması nəticəsində hüceyrələrin zədələnməsinin qarşısını alır, ürəyin işini yaxşılaşdırır, zədələnmiş DNT-ni bərpa edir, konsentrasiyanı, həmçinin fiziki və ruhi vəziyyəti yaxşılaşdırır.
Yalnız 225 ml qırmızı şərab orqanizmi təxminən 640 mkq resveratrolla təmin edir. Resveratrol əlavələrini bir qayda olaraq gündə 200-600 mkq dozalarda qəbul edirlər.
Araşdırmalar göstərir ki, Pino Nuar və Bordo kimi bəzi qırmızı şərab növlərinin tərkibinə böyük miqdarda qiymətli polifenollar daxildir.
3. Qarağat və moruq
Bu giləmeyvələr xərçəng xəstəliklərinin profilaktikasında çox səmərəli ola bilər. Giləmeyvələrə tünd rəng verən fitokimyəvi maddələr xərçəng hüceyrələri ilə mübarizə aparır. Bundan başqa, onlar yumurtalıqların xərçənginə qarşı çox güclü məhsullardır.
4. Tünd şokolad
Şirniyyatlardan uzaq durmaq lazım deyil, hətta xərçəngə qarşı mübarizə aparsanız da. Tünd şokolad ürək üçün çox faydalıdır. O əhval-ruhiyyəni yaxşılaşdırır və xərçəng hüceyrələri ilə mübarizədə kömək edir.
5, 6. Qəhvə və yaşıl çay
Bu iki xoş içki xərçəng xəstəliyi ilə mübarizə aparan xüsusiyyətlərə malikdir.
7. Sarıkök
Bu valehedici ədviyyat sağlamlığınızı xeyli yaxşılaşdıra bilər. Üstəlik, sarıkök artıq piyləri yandırmağa kömək edir.