Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2021 16:20
Ankarada təqaüddə olan hərbçi Mehmet Yıldırım qaraciyər xərçəngi olan arvadı Hamiyet Yıldırıma qalstukla boğaraq öldürüb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, ardınca da özünə silahla qəsd edib. Yıldırım "məni bağışla, öz iradəmlə etdim" yazıb. 70 yaşlı kişi qətldən sonra oğuluna telefonla zəng edib. İldırım "haqqınızı halal edin" deyib və silahını götürüb başına çaxıb. Silah səsini eşidən qonşular polisə və 112 Təcili Xidmətə məlumat veriblər. Tibbi qrupun nəzarəti zamanı Hamiyet Yıldırımın öldüyü müəyyən olunub. Yıldırım cütlüyünün iki evli övladının dünən gecə həyat yoldaşları ilə birlikdə valideynlərini ziyarət etdikləri də bildirilib.
Kamran Seyidov