Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saatlıda da toy sahibi cərimələndi

Saatlıda da toy sahibi cərimələndi

Tarix: 27 Iyul 2021 12:02

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Fətəlikənd kənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanuna müvafiq tədbirlər görülüb.


Etiketlər:  Saatlıda sahibi cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ