Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göz altı torbaları aradan qaldırmaq üçün EFFEKTLİ ÜSULLAR

Göz altı torbaları aradan qaldırmaq üçün EFFEKTLİ ÜSULLAR

Tarix: 27 Iyul 2021 21:27

Bildiyimiz kimi göz ətrafındakı dəri həssas və zərif olur. Buna görə də göz altı torbalar insanı yorğun və qeyri-sağlam göstərir.

Sizə göz altı torbalarını aradan qaldırmaq üçün effektiv üsulları sizə təqdim edir.

Bol-bol su için

Sonxeber.net lent.az-a istinadən bildirir ki, göz altındakı duz konsentrasiyası səbəbindən burda suyun yığılması baş verir. Bu da torbaların yaranmasına səbəb olur. Buna görə də çalışın duzlu yeməklərdən çəkinin. Qəhvə və spirtli içkilərdən uzaq durun.

Soyuq kompreslər edin

Qaşıqları buzlu suda isladıb, daha sonra torbaların üzərinə qoymaq asan və keyfiyyətli üsullardan biridir. Çünki soyuq torbaları yığır. Başqa bir üsul pambığı soyuq su və ya südlə isladaraq torbaların üstündə 15-20 dəqiqə saxlamaqdır.

Təbii vasitələrdən maskalar hazırlayın

Yumurtanın ağını göz altlarına tətbiq edin və 15 dəqiqə sonra soyuq su ilə yuyun. Bu zaman göz altındakı torbalar yığılacaq və dəri dartılacaq.

Bu problemi aradan qaldırmaq üçün ikinci təbii vasitə isə aloe bitkisinin gelidir. Bu geli göz ətrafına yavaşca yeridin. O qırışları hamarlaşdıracaq. Bu həmçinin üzünüzün nəmləndirmək üçün də effektiv üsuldur.

Bunlardan əlavə, yaşıl çay, kartof və xiyar dilimi də göz altı torbalarla mübarizə aparmağa kömək edir.

Yuxusuz qalmayın

Gözaltı torbaları aradan qaldırmaq üçün yuxu rejiminə mütləq fikir vermək lazımdır. Bunun üçün 8-9 saat yatmaq şərtdir.


Etiketlər:  Göz altı torbaları aradan qaldırmaq üçün EFFEKTLİ ÜSULLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ