Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 19:40
"Əli Mirəliyev həmişə Səmədi tənqid edirdi. Zarafatla olsa da, aralarında intiriqaları var idi. Amma onu son mənzilə yola salmağa gələn Əli Mirəliyev oldu. Səmədin üzünə gülənlər, səndən yoxdur deyib, onun yüksəyə qaldırdıqları gəlmədi. Onun son mənzili idi, çox təəssüf gəlmədilər".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "Elgizlə izlə" verilişində deyib. Sənətçi mərhum Xalq artisti Səməd Səmədovun dəfnindən danışıb. O bildirib ki, onu son mənzilə yola salanlar arasında çox az sənət adamı yer alıb.
Qeyd edək ki, S.Səmədovun dəfn mərasimində Əməkdar artistlər Cavanşir Məmmədov, Ədalət Şükürov, müğənnilər Rüfət Axundov, Əli Mirəliyev və Sevda Əliqızı yer alıblar.
S.Səmədov koronavirusa yoluxmuşdu. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.