Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2019 14:44
İngiltərə Premyer Liqasının ilk turunda "Norviç Siti" ilə görüşdə zədələnən "Liverpul"un qapıçısı Alisson Bekerin durumuna aydınlıq gəlib.
Qol.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, 26 yaşlı qolkiper 4-8 həftə meydana çıxa bilməyəcək.
Braziliyalı qapıçının avqustun 14-də UEFA Super Kubokunda "Çelsi" ilə keçiriləcək oyunda iştirak etməyəcəyi daha əvvəl açıqlanmışdı.