Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 18:20
Tez-tez küsüb, barışan məşhur cütlük Çağatay Ulusoy və Duyğu Sarışının evlənəcəkləri ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, İstanbulun Nişantaşı səmtində məkanların birində görüntülənən Sarışın jurnalistlərin davamlı olaraq soruşduğu suala əsəbiləşib:
"Haradasa 5 ildir çox gözəl gedən münasibətim varkən, bugünkü kimi yalan xəbərləri gündəmə gətirib yenidən sual verirsiniz. Üstəlik bundan əminmişsiniz kimi üslub göstərib informasiyanı idarə etməyə çalışmağınız yoxdur? Çox kədərlidir... Məqsədiniz nədir? Başa düşə bilmirəm, buraxın bizi".