Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonaq sayına görə toy sahibi cərimələndi

Qonaq sayına görə toy sahibi cərimələndi

Tarix: 30 Iyul 2021 09:40

Ucarda pandemiya qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Etiketlər:  Qonaq sayına görə sahibi cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ