Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanlı diplomatın qızının qətli etiraz doğurdu

Pakistanlı diplomatın qızının qətli etiraz doğurdu

Tarix: 31 Iyul 2021 08:10

İslamabadda pakistanlı yüksək səviyyəli diplomatın qızının cəsədi tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 27 yaşlı Nur Mukadamın qətlində onun dostu, ABŞ vətəndaşı və Pakistanın ən varlı ailələrindən birinin üzvü Zahir Caffer ittiham olunur.

Araşdırmalara görə, Z.Caffer qızı evinə aparıb, iki gün orada saxlayıb, sonra isə onunla qəddarcasına rəftar edib.

Xəbərdə deyilir ki, Pakistanın Cənubi Koreyadakı keçmiş səfirinin qızının ölümü ictimai narazılığa səbəb olub və vətənində, eləcə də ABŞ və Kanadada etirazlarla qarşılanıb.

Milli.Az


Etiketlər:  Pakistanlı diplomatın qızının qətli etiraz doğurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ