Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN-çilərimiz Türkiyədə alovlarla çarpışır - FOTO

FHN-çilərimiz Türkiyədə alovlarla çarpışır - FOTO

Tarix: 31 Iyul 2021 20:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlər yanğınlarla mətinliklə mübarizə aparırlar.

Milli.Az


Etiketlər:  FHN çilərimiz Türkiyədə alovlarla çarpışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ