Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Demetin Azərbaycanla bağlı sualına həmyerlimizdən cavab

Demetin Azərbaycanla bağlı sualına həmyerlimizdən cavab

Tarix: 1 Avqust 2021 09:10

Müğənni Demet Akalın ölkənin müxtəlif yerlərində baş verən yanğınlarla bağlı yazdığı paylaşımlardan birində Azərbaycanın Türkiyəyə yardım göndərib-göndərməməsini müzakirə edib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçl tvitter hesabında Türkiyəyə yardım edən bütün ölkələrlə bağlı məlumatları yayımlayaraq "Azərbaycan yanğınsöndürən təyyarə göndərdi" sualı ilə aqressiya nümayiş etdirib.

Yazılan posta qarşılıq verən azərbaycanlı istifadəçilərdən biri müğənninin bu cür mövqe sərgiləməsinə sərt cavab verib.

"Birincisi, ölkəmin adını düzgün yazın - Azərbaycan!

Bəli, 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər göndərilib. Xəbərləri oxusanız görə bilərsiniz. Canımız da fəda!" şərhi ilə həmyerlimiz Demetin sualını cavablayıb.


Etiketlər:  Demetin Azərbaycanla bağlı sualına həmyerlimizdən cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ