Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 15:50
Aktyor Can Yaman ötən gün İtaliyada qaldığı oteldən və çıxdığı gəmi turundan fotolarını İnstagram hesabında paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, dənizə qarşı cakuzidən zövq aldığı və əzələli bədənini nümayiş etdirdiyi pozlar bu dəfə daha sərt reaksiyalarla qarşılaşmasına səbəb olub.
Tənqid edənlər arasında yer alan həmkarı Tolga Güleç isə onu yardım kompaniyalarına dəstək olmadığı üçün günahlandırıb:
"Milyon izləyicisi olan keyfiyyətsiz qardaşım, sənə deyirəm kim olacaq?! Hər kəsin içində ad çəkməyəcəyəm, sonra 12-13 yaşlı pərəstişkarlarını üstümə salarsan. Bir töhfən olsun bu dünyaya! Qardaş, çılpaq şəkillərini İnstaqramda paylaşıb bəyənmə toplayacağına, 2 paylaşım etsənə, ən azından ehtiyac siyahısını paylaş. Paylaş, bir şey paylaş, tamam ən yaraşıqlı sənsən, ən yaxşı bədən səndədir, tamam nə olar?"
Güleçin tənqidi minlərlə istifadəçi tərəfindən dəstəklənib.