Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanun hamı üçün birdir - Yolunu azan deputat üçün də...

Qanun hamı üçün birdir - Yolunu azan deputat üçün də...

Tarix: 2 Avqust 2021 17:18

Qanunların aliliyi qorunan istənilən hüquqi dövlətdə hər hansı cinayətkarın adekvat şəkildə cəzalandırılması adi hüquqi normadır. Və bu hal hər bir ölkənin qanunlarında, Konstitusiyada da təsbit olunub. Azərbaycan dövləti illər uzunudur ki, məhz bu siyasəti uğurla yeridir. Onun siyasətinin əsas məzmununu məhz xalqın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasiətlərdə şəffaflığın təmin edilməsi təşkil edir. Azərbaycanda da qanunlar hamı üçün ümumi məcburi davranış qaydası olduğu üçün hər kəs qanun qarşısında bərabərdir.

Deputat səlahiyyətləri artıq əlindən alan Eldəniz Səlimovla bağlı çıxarılan qərar da bunun bariz nümunəsidir. Və statusundan asılı olmayaraq hər kəs bilməlidir ki, indi 90-cı illər deyil. Ölkənin cəngəllik qanunları ilə idarə olunduğu, hərc-mərcliyin baş alıb getdiyi həmin illər arxada qalıb. 

Konkret olaraq bu məsələyə gəldikdə fakt ortalıqdadır - polis döyülüb, qanun pozuntusu olub və bu da ictimailəşib. Karantin qaydaları pozulub, polis vəzifə borcunu yerinə yetirərkən deputat tərəfindən təhqir olunub və zorakılığa məruz qalıb. Nəhayət, deputat öz səlahiyyətlərindən sui-istifadə edib. Üç ciddi qanun pozuntusu var. Bütün bunlar da istintaqın predmetidir.

Cinayət törədən şəxslərin hansısa vəzifəni tutması, yaxud hansısa sosial statusu daşıması əsla qanuni cəzanın tətbiq edilməsini məhdudlaşdırmır. Bir neçə vəzifəli şəxsin xüsusi əməliyyat nəticəsində həbs edilməsini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Təəssüf ki, bəzi hallarda hətta müəyyən vəzifəli şəxslər vətəndaşların rifahına yönəlmiş maddi vəsaiti mənimsəyir, yaxud rüşvət və korrupsiya hallarına yol verirlər. Bu hallara da qətiyyətli mübarizə aparılır və aparılacaq da. Heç bir halda da və əsla qəbul edilə bilməz. Belə hallara qarşı daim ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir.

Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, qanun pozuntuları iş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin! Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır. Bu fikirlər əslində bir daha bəzi neqativ hallara, qanunun aliliyinə xəyanət edənlərə ciddi xəbərdarlıqdır. Kimliyindən və statusundan asılı olmayaraq qanunun aliliyini qulaqardına vuran hər bir vətəndaş üşün ciddi mesajdır.

Azər NURİYEV


Etiketlər:  Qanun hamı üçün birdir Yolunu azan deputat üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ