Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan “Başakşehir”in baş məşqçisinə cəza

UEFA-dan “Başakşehir”in baş məşqçisinə cəza

Tarix: 13 Avqust 2019 10:20

UEFA “Başakşehir”in baş məşqçisi Okan Buruku cəzalandırıb.

Qol.az xəbər verir ki , buna onun Yunanıstan “Olimpiakos”una qarşı ötən həftə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçından (0:1) sonra paltardəyişmə otağına gedərkən qırmızı vərəqə alması səbəb olub.

Qurumun intizam komitəsinin rəsmi sayt vasitəsilə açıqlanan qərarına əsasən, Okan Buruk bir oyun texniki zonada əyləşə bilməyəcək (“Olimpiakos”la cavab görüşündə). Bundan başqa, komandanın müdafiəçisi Orelyen Şedjuya 2 oyunluq cəza, kluba isə ümumən 5 min 250 avro maddi cəza tətbiq olunub.

 


Etiketlər:  UEFA Başakşehirin baş məşqçisinə cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ