Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada təbii qaz qiymətləri rekord həddə çatıb

Avropada təbii qaz qiymətləri rekord həddə çatıb

Tarix: 2 Avqust 2021 20:50

Avropada təbii qaz qiymətləri rekord səviyyəyə yüksəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb tədarükdəki çətinliklər və qaz anbarlarının hələlik tam dolmamasıdır.

Niderlandda "Title Transfer Facility"də fyuçers müqavilələri ən yüksək həddə çatıb. Belə ki, qiymət 2,7 faiz artaraq 41.855 avro MW/saat təşkil edib. Bu il fyuçers müqavilələri kəskin artımla iki dəfə bahalaşıb.

Rusiyanın Ukrayna üzərindən qaz nəqlinin azalması və Şimal dənizindəki təchizat problemləri Avropanın təbii qaz ehtiyatlarının azalmasına təsir edib. Ehtiyatlar son 10 ilin ən aşağı səviyyəsindədir.


Etiketlər:  Avropada təbii qiymətləri rekord həddə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ