Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb - Nadir xəstəlik

12 yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb - Nadir xəstəlik

Tarix: 3 Avqust 2021 20:45

O, Kanadada Toronto uşaq xəstəxanasına qarın ağrısı, boğazda şişkinlik şikayətləri ilə gətirilib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkimlər ilk öncə sarılıqdan şübhələniblər.

Analiz nəticələri göstərib ki, uşağın qanında eritrosit və heçoqlobin azlığı var. Eləcə də qanda Epşteyn Bar virusu aşkarlanıb.Məhz bu virus onkoloji və autoimmun xəstəliklərin inkişafına təkan verir.
Sonrakı analizlərdə həkimlər daha dərinə gedərək, uşaqda spesifik soyuq aqqlütininləri antitelləri aşkarladılar.

Nəticədə uşaqda nadir genetik autoimmun hemolitik anemiya diaqnozu qoyulur. Bu zaman soyuq havadan və bədənin soyumasından immun sistem qanın qırmızı hüceyrələrini dağıdır.

Belə ki, 0-10 dərəcə temperaturda baş verən bu proses zamanı uçaqda dilin üzəri saralıb.
Xəstəlik qış aylarında aktivləşir.

Bu autoimmun xəstəliyin də kökündə Epşteyn Bar virusunun dayandığı deyilir.

Müalicəsi qan plazmasının 7 həftə ərzində köçürülməsi idi. Eləcə də immun sistemin hücumunu azaldan dərmanlar təyin edilir.

Uşağın vəziyyəti 5 həftə sonra düzəldi.


Etiketlər:  yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb Nadir xəstəlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ