Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat

Tarix: 4 Avqust 2021 15:46

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib. 
  
Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.


Etiketlər:  Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ