Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən yayılan xəbərlərə münasibət

DİN-dən yayılan xəbərlərə münasibət

Tarix: 4 Avqust 2021 17:52

Gəncə şəhər sakini İlkin Həsənpurun Daşkəsən Rayon Polis Şöbəsində döyülməsi və təhqir edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Sonxeber.net-a bildirib ki, yayıan məlumatlar həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır.

E.Qasımov bildirib ki, avqustun 2-də İ.Həsənpur Daşkəsən rayonunun Quşçu Körpü qəsəbəsi ərazisində sərxoş halda, dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi "Naz-Lifan" markalı avtomobil ilə təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olub. Qəsəbə sakini İlqar Verdiyev həmin sürücüyə yüksək sürətlə avtomobil idarə etdiyi üçün irad bildirdikdə isə, sonuncu onu nalayiq ifadələr ilə təhqir edərək, dəmir parçası ilə xəsarət yetirib. Daha sonra məsuliyyətdən yaxa qurtarmaq üçün vətəndaş İ.Həsənpur DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edərək, özünəməxsus mobil telefon və pulun quldurluq yolu ilə mənimsənilməsi barədə yalan məlumat verib.

Zərərçəkən İ. Verdiyevin müraciəti əsasında Daşkəsən Rayon Polis Şöbəsində araşdırılma başlanılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilib. Polis Şöbəsinə dəvət olunan İ. Həsənpur sərxoş halda gələrək orada polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, inzibati binada nalayiq ifadələr işlətmiş və xuliqanlıq etmişdir. İ. Həsənpur barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Məlumatda qeyd olunub ki, qərəzli və böhtan xarakterli açıqlamalarla məsuliyyətdən qurtulmaq istəyən İ. Həsənpur heç də iddia etdiyi kimi Vətən müharibəsi qazisi deyil və müharibədən əvvəl xidmət zamanı yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından təxris olunub. "Bununla əlaqədar rayonda etiraz aksiyasının keçirilməsi də həqiqəti əks etdirmir".


Etiketlər:  DİN dən yayılan xəbərlərə münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ