Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 19:06
Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstranın səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son iki gün ərzində sutkalıq yoluxmanın 4 mindən çox olması koronavirusun dördüncü dalğasının pik həddi olduğunu göstərir. Nazir müavini qeyd edib ki, epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar xəstəxanalarda çarpayı
Sayının artırılması istiqamətində intensiv iş davam etdirilir.
T. Qabunia xəstəliyin yayılmasının qarşısının alınması üçün insanları tibbi maskadan daha çox istifadəyə çağırıb.