Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin bu ərazisindəki yanğın söndü

Türkiyənin bu ərazisindəki yanğın söndü

Tarix: 5 Avqust 2021 12:36

Türkiyənin Milas rayonundakı Kemerköy İstilik Elektrik Stansiyası (İES) ərazisində 11 saatdan çox davam edən yanğın səhər saatlarında səngiyib və sönüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, yanğının ərazidə ölüm, yaralanma təhlükəsi və daha çox itki verilməməsi məqsədilə Türkiyə Prezidentinin təlimatı əsasında öncədən müvafiq tədbirlər görülüb və 3 nazirin nəzarətilə təhlükəsizlik tədbirləri davam etməkdədir.

.Qeyd edək ki, İES-də təhlükənin qarşısının alınması üçün öncədən hidrogen tankerləri və kömür anbarları boşaldılıb, ərazidəki yaşayış yerlərindən 8 məhəllə təxliyə edilib.

Yanğının tamamilə söndürülməsi üçün havadan müdaxilə davam edir.

Milli.Az


Etiketlər:  Türkiyənin bu ərazisindəki yanğın söndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ