Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 22:00
"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk hesabında yazıb.
O bildirib ki, bu gün səhər saatlarında qastrostomiya borusu boşluqdan çıxdığı üçün, atası Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılıb:
"Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyi ilə həmən xəstəxanada qastrostomiya borusunun bərpası olmuşdu. Günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra, qastrostomiya borusu ilə yemək verildikdə, titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanasına gətirilib və həkimlər vəziyyətinin kritik olmasına səbəbi beyinlə əlaqələndirir. Hazırda vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alınacaq".
Oğlu qeyd edib ki, O.Gülalıyevlə bağlı durumlar TƏBiB-in nəzarəti altındadır.