Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 18:44
Bakı. Trend:
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mərhələnin şərtlərinə əsasən müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.
“Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin